Siyasət 6-01-2026, 19:48

Rusiyanın Azərbaycana qarşı mənfi siyasətinin təzahürü



"Rusiya AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı cinayət işinin sənədini Azərbaycana göndərib. Cinayət işində qeyd edilir ki, əlverişsiz hava şəraitindən dolayı, təyyarə Rusiya ərazisindən eniş edə bilməyib və Qazaxıstanda yerə çırpılıb. Bununla da cinayət işinə xitam verilib. Amma, Düşənbədə V. Putin məhz təyyarənin vurulmasını etiraf edərək, kompensasiya ödəyəcəyini və məsul şəxslərin cəzalandırılmasına söz vermişdi".

Planetinfo.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiya Azərbaycana kompensasiya ödəməyəcək və təyyarəni vuran şəxslər cəzalandırılmayacaq:

"Ümumiyyətlə, istintaq təyyarənin vurulmasını qeyd etmir, özü yerə çırpılıb deyə bildirilir. Beləliklə, Azərbaycanın şərtlərini Rusiya qəbul etmədi".

Politoloq qeyd edib ki, bu, Rusiyanın Azərbaycana qarşı mənfi siyasətinin təzahürüdür:

"Demək, Rusiya Azərbaycana təzyiq etməyə çalışır. Rəsmi Bakı ilə konstruktiv əməkdaşlıq deyil, əlaqələri böhrana sürükləmək siyasəti aparılır. Azərbaycanın ABŞ-la ikitərəfli əlaqələri inkişaf etdirməsi, Moskvada da narahatlıqla qarşılanır.

Rusiyanın bu mövqeyi bir ölkə üçün utancdır. V. Putin bir söz deyir, istintaq isə tam ayrı bir söz. Rusiya özü Azərbaycanla böhran yolunu seçib".

Anar

Xəbər lenti