Siyasət 7-01-2026, 11:19

Razi Nurullayevin qardaşı Jirinovskinin partiyasından namizəd olub



MCP: "Qardaş qardaşa cavabdeh deyil"

Xaricdə yaşayan blogger Cavanşir Həsənlinin verdiyi məlumata görə, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin qardaşı Hüseyn Nurullayev mərhum Vladimir Jirinovskinin lideri olduğu Liberal Demokrat Partiyasının (LDP) fəal üzvlərindən olub. Sözügedən partiyanın Leninqrad vilayəti üzrə regional şöbəsində təmsil olunan Hüseyn Nurullayev hətta partiya tərəfindənn seçkili orqanlarda namizəd kimi iştirak edib. Blogger qeyd edir ki, 2018-ci ilin yayında LDP Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Nurullayev Hüseyin Qulaməli oğlunun yerli bələdiyyə seçkilərində namizədliyi irəli sürülüb.

Məsələ ilə bağlı partiyadan Planetinfo.az-a bildirilib ki. Hüseyn Nurullayevin istər şəxsi, istərsə də siyasi həyatının Razi Nurullayevlə heç bir aidiyyatı yoxdur.

"Qubad İbadoğlu radikal müxalifəti təmsil edir, ancaq qardaşı parlamentin deputatıdır. Qardaş qardaşa cavabdeh deyil. Digər tərəfdən 2018-ci ildə nə MCP var idi, nə də Razi Nurullayev deputat idi",-deyə partiyadan bildirilib.

Anar

Xəbər lenti