Siyasət 7-01-2026, 11:40

Prezident ölkəmizin inkişafı və perspektivləri ilə bağlı yol xəritəsini diqqətə çatdırdı



"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin istər yerli, istərsə də xarici jurnalistlərə müsahibəsi hər zaman kanseptual xarakter daşıyıb. Dövlət başçısı son müsahibəsində də daxili və xarici siyasətlə bağlı bir sıra mühüm məqamlara toxunmuş, ölkəmizin inkişafı və perspektivləri ilə bağlı yol xəritəsini diqqətə çatdırmışdır".

Bunları Planetinfo.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, müsahibədə Azərbaycanın beynəlxalq siyasətdə yeri, rolu və əhəmiyyətinə geniş yer ayrılmılşdır:

"Qeyd olunmuşdur ki, Azərbaycanın uğurlu xarici siyasət kursu 2025-ci ildə də davam etmiş, ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirmişdir. Belə ki, ölkəmiz D-8 təşkilatına üzv olmuş, Çin Xalq Respublikası ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, ABŞ-la olan münasibətlər isə ölkə tarixində ən yüksək səviyyəyə çatmışdır. Azərbaycan 2020-ci ildən sonra regionda yeni reallıqlar yaratmış, bölgənin geosiyasi xəritəsini tamamilə dəyişmişdir. Məhz bu reallıqlar dünyanın bütün əsas aktorlarının ölkəmizə dinc və bərabərhüquqlu əməkdaşlığa dair maraqlarının artması kimi nəticələr yaratmışdır. Praqmatik Tramp adminstrasiyasının Qafqazın ən güclü və etibarlı dövləti kimi Azərbaycanla münasibətlərin yaxşılaşdırılması yönündəki addımları da bu gerçəklərə söykənir".

Elçin Ağamalının sözlərinə görə, müsahibədə həmçinin qeyd olunmuşdur ki, Mərkəzi Asiya dövlətləri ilə əvvəlki illərdə davam edən siyasi, iqtisadi, mədəni əlaqələr yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycanın təşəbbüsü ilə hərbi əməkdaşlığa dair təkliflər dost və qardaş ölkələrə çatdırılmışdır:

"Dövlət başçısı tərəfindən qeyd olundu ki, Zəngəzur dəhlizinin açılması geri dönüşü olmayan bir reallıqdır. Bu dəhliz ölkəmizin inşa etdiyi böyük nəqliyyat infrastrukturunun bir parçası kimi regionumuzun geosiaysi mənzərəsinə ciddi təsir edəcək və Ermənistanla dayanıqlı sülhün əldə olunmasında böyük rol oynayacaqdır.

Beynəlxalq münasibətlərdə beynəlxalq hüququn işləmədiyini vurğulayan cənab İlham Əliyev ölkəmizin bundan sonra da güclü dövlət modelini inkişaf etdirəcəyini ifadə etmişdir. Müasir güclü dövlət sadəcə hərbi gücə əsaslnmır. Hərbi gücün arxasında eyni zamanda elmin və iqtusadiyyatın inkişafı, transmilli layihələrin şaxələndirilməsi və etibarlı müttəfiq və tərəfdaşlala münasibətlər dayanır".

Anar

Xəbər lenti