Sosial 18-01-2026, 16:04

Binəqədidə avtomobil və motosiklet qaçıran şəxslər saxlanılıblar

Binəqədidə avtomobil və motosiklet qaçıran şəxslər saxlanılıblar
Paytaxtın Binəqədi rayonunda bir nəfər “VAZ-21011” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Sultanzadə saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

Həmçinin rayon ərazisində motosiklet oğurlamaqda şübhəli bilinən İ.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.

Xəbər lenti