Sosial 19-01-2026, 08:13

Məktəblilərimiz beynəlxalq olimpiadada 10 medal qazanıblar.

Məktəblilərimiz beynəlxalq olimpiadada 10 medal qazanıblar.
Məktəblilərimiz Qazaxıstanın Astana şəhərində keçirilən XXII Beynəlxalq Jautikov Olimpiadasında 5 gümüş və 5 bürünc olmaqla ümumilikdə 10 medal qazanıblar.

Qeyd edək ki, fizika, riyaziyyat və informatika fənlərini əhatə edən və təxminən 20 ölkənin iştirak etdiyi bu elm yarışından məktəblilərimiz son 10 ildə ümumilikdə 82 medal əldə ediblər.

Nəsimi

Xəbər lenti