Sosial 19-01-2026, 08:05

Ədalət Partiyasının qərargahında dəyirmi masa keçirilib

Ədalət Partiyasının qərargahında dəyirmi masa keçirilib
Ədalət Partiyasının qərargahında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib.

Planetinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ədalət Partiyasının sədri Mütəllim Rəhimli müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Türk dövlətlərinin artan siyasi, iqtisadi və mədəni rolundan bəhs edib. O, Türk dünyasının qarşılıqlı əməkdaşlıq və inteqrasiya imkanlarının genişləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb.

Daha sonra məruzə ilə çıxış edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk Xalqlarının Fəlsəfi Fikir Tarixi və Müasir Fəlsəfəsi şöbəsinin müdiri Faiq Ələkbərli yeni qlobal siyasi proseslər kontekstində Türk dövlətlərinin mövqeyi, Türk Dövlətləri Təşkilatının rolu və gələcək perspektivləri barədə geniş məruzə ilə çıxış edib.

Dəyirmi masa çərçivəsində aparılan müzakirələrdə yeni dünya düzənində Türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Müzakirələrdə AĞ Partiya sədrinin birinci müavini Əhəd Məmmədli, Sosial Hüquqların Müdafiə Mərkəzinin sədri Xəzər Teyyublu, Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Abbasov, Ədalət Partiyasının ideoloji işlər üzrə sədr müavini Elman Bağırov, Ədalət Partiyasının Humanitar məsələlər üzrə sədr müavini Rafiq Əsədli və şair Rəfail Həbiboğlu çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər.

Nəsimi

Xəbər lenti