Sosial 19-01-2026, 09:14

İlham İsmayıl xəstəxanaya yerləşdirildi - durumu kritikdir

İlham İsmayıl xəstəxanaya yerləşdirildi - durumu kritikdir
Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib.

Planetinfo.az xəbər verir ki, bununla bağlı ekspertin bacısı Bəsti İsmayıl feysbuk hesabında paylaşım edib.

O bildirib ki, İ.İsmayıl daxili qanaxma diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.

Bəsti İsmayıl həmçinin qeyd edib ki, qardaşı Reanimasiya şöbəsində müalicə alır.

Xəbər lenti