Dünya 21-01-2026, 07:58

Azərbaycan "Qəzza Sülh Şurası"na üzv ola bilər

Azərbaycan "Qəzza Sülh Şurası"na üzv ola bilər
ABŞ prezidenti "Qəzza sülh şurasına" bir çox dövlətləri dəvət edir. Dəvət etməklə yanaşı üzv olan ölkələr bir milyard dollar vəsait ayrılmalıdır. Göründüyü kimi, D. Tramp beynəlxalq bir platforma yaradır və özü sədr olaraq bir növ sülh təşəbbüskarı kimi özünü təqdim edir, həmçinin ABŞ beynəlxalq mövqelərini gücləndirir. Rusiya və Çin kimi ölkələrdə bu şuraya dəvət alıb.

Planetinfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

"Qeyd edim ki, D. Tramp Ermənistanı dasukh şurasına dəvət edib. N. Paşinyan təklifə müsbət cavab verib. D. Tramp Azərbaycanı da Sülh Şurasına dəvət etməsi istisna deyil. Ola bilər Davosda D. Tramp prezident İlham Əliyevlə görüşüb şəxsən dəvət etməsi mümkündür.

Azərbaycan Qəzzaya hərbiçi göndərməkdən imtina etdi. Qəzza Sülh Şurasına üzv olmaq Azərbaycanla -ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına təkan verəcək. Azərbaycan ABŞ prezidentinin bu təklifinə "yox" deməz. ABŞ beynəlxalq oyun qaydalarını özü müəyyən etmək istiqamətində ardıcıl işlər aparır"

Nəsimi

Xəbər lenti