Dünya 21-01-2026, 07:03

Kliçko Zelenskini siyasi münaqişəni qızışdırmaqda günahlandırıb



Kiyev meri Vitali Kliçko Volodimir Zelenskini ölkənin birliyə ehtiyac duyduğu bir vaxtda Ukrayna daxilində siyasi münaqişəni ağılsızcasına alovlandırmaqda günahlandırıb.

Planetinfo.az xəbər verir ki, o, bunu "The Times" qəzetinə verdiyi müsahibədə bildirib .

Nəşrin məlumatına görə, Kliçko Zelenskini enerji böhranını müzakirə etmək üçün görüş tələblərini rədd etdiyinə görə tənqid edib. Kliçko paytaxtda mövcud olan dözülməz vəziyyətdən də danışıb. Bildirib ki, işçilər axar suyun olmaması səbəbindən sanitar qovşaqlardan istifadə edə bilmirlər.

Qeyd edək ki, ötən gün Kiyevdə bir sıra partlayışlar baş verib. Bunun ardınca paytaxtda elektrik kəsintiləri yaranıb. Həmçinin, Dnepr çayının sol sahilindəki ərazilərdə su təchizatı dayandırılıb, şəhərin digər yerlərində isə suyun təzyiqi azalıb.

Anar

Xəbər lenti