Dünya 21-01-2026, 18:29

Tramp: ABŞ Qrenlandiyanı ələ keçirmək üçün güc tətbiq etməyəcək



Birləşmiş Ştatlar Qrenlandiyanı ələ keçirmək üçün güc tətbiq etməyəcək.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bunu Amerika prezidenti Donald Tramp bildirib.

Ağ Ev rəhbətri Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərkən belə deyib. Tramp vurğulayıb ki, ABŞ-ın Qrenlandiyanın ilhaqına adada nadir torpaq metallarının hasilatı üçün deyil, strateji təhlükəsizliyi təmin etmək üçün ehtiyacı var.

"Bu nadir torpaq elementlərinə çatmaq üçün yüzlərlə metrlik buz qatını aşmalıyıq. Bu ehtiyacımız olduğu üçün deyil. Strateji, milli və beynəlxalq təhlükəsizlik üçün lazımdır", - deyə o bildirib.

Tramp həmçinin bildirib ki, Qrenlandiya əslində Şimali Amerikanın bir hissəsi olan nəhəng, müdafiəsiz bir adadır:

"Bu, bizim ərazimizdir, ona görə də ABŞ təhlükəsizliyi üçün əsas maraq kəsb edir".

Anar

Xəbər lenti