Dünya 21-01-2026, 20:21

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyədə güclü zəlzələ baş verdi
Türkiyənin Balıkesir bölgəsində 4,5 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələ ocağı 11,58 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilməyib.

Xəbər lenti