Ötən il ərzində Azərbaycan Dəmir Yollarının (ADY) rayonlararası qatarları ilə ən çox səyahət edən sərnişin Jalə Ələkbərova olub.
Uşaq musiqi məktəbinin müəlliməsi olan Jalə Ələkbərova 2025-ci ildə 144 dəfə Gəncə-Qovlar istiqamətində və geriyə səfər edib. Bu rəqəm sadəcə statistika deyil, həm də işinə məsuliyyətin, ADY-yə etimadın və qatarla səyahətin hekayəsidir.