Sosial 24-01-2026, 12:50

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Sabahın hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman, az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Xəbər lenti