“İşçilərin xəbərdarlıq edilmədən işdən azad edilməsi halları əmək hüquqları baxımından ciddi narahatlıq doğurur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərini tənzimləyən əsas hüquqi sənəd olaraq işçi və işəgötürən arasında qarşılıqlı hüquq və vəzifələri müəyyən edir. Əmək hüququnun əsas prinsiplərindən biri işçinin sabit iş şəraitinə və hüquqlarının qorunmasına təminat verməkdir”.
Bu fikirləri
Planetinfo.az-a hüquqşünas Əli İbrahimov səsləndirib. O deyib ki, işçinin xəbərdarlıq edilmədən işdən çıxarılması halları, əksər hallarda qanunla müəyyən edilmiş prosedur və təminatların pozulması deməkdir və bu, əmək hüquqlarının açıq şəkildə pozulması hesab olunur:
“Əmək Məcəlləsinə görə, əmək müqaviləsinin pozulması yalnız qanunda göstərilmiş hallarda mümkündür. İşçinin xəbərdarlıq edilmədən işdən çıxarılması yalnız istisna hallar üçün nəzərdə tutulub və bunlar əsasən işçinin ciddi intizam pozuntusu, qanuna zidd hərəkət göstərməsi və ya işə yararsız hesab edilməsi kimi hallar ola bilər. Hətta belə hallarda da işəgötürən yazılı bildiriş verməli, səbəbi əsaslandırmalı və işçinin müdafiə hüququnu təmin etməlidir. Sadə şəxsi mülahizələr və ya mənfəət məqsədilə işçinin xəbərdarlıq edilmədən işdən çıxarılması qanunla qadağandır və əmək hüquqlarının pozulması kimi qiymətləndirilir”.
Anar