Sosial 26-01-2026, 13:33

FHN-in əməkdaşı Akonkaqua zirvəsini fəth edib

FHN-in əməkdaşı Akonkaqua zirvəsini fəth edib
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə 19 yanvar 2026-ci il tarixində Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 m) texniki dırmanış edib.

Qarşıya qoyulan hədəfə uğurla çatan S.Səfərova Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı da Akonkaqua zirvəsində dalğalandırıb.

Xəbər lenti