Sosial 26-01-2026, 17:00

Köç karvanları Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə çatıb - FOTOLAR

Köç karvanları Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə çatıb - FOTOLAR
Yanvarın 26-da doğma yurduna yola salınan köç karvanları Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Planetinfo.az-a verilən məlumata görə, bu mərhələdə Badara kəndinə köçürülən 66 nəfərdən ibarət 15 ailəyə və Seyidbəyli kəndinə köçürülən 34 nəfərdən ibarət 10 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Xəbər lenti