Sosial 27-01-2026, 07:25

DGKA tələbələri üçün Bakı KOB Evində mühazirə keçirilib

DGKA tələbələri üçün Bakı KOB Evində mühazirə keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə təhsil alan tələbələri üçün Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) təşkilatçılığı ilə Bakı KOB Evində mühazirə və info-tur keçirilib.

Planetinfo.az xəbər verir ki, seminar Akademiyanın əməkdaşı, “Biznesin əsasları” fənnini tədris edən s.ü.f.d. Şəbnəm Nuriyeva tərəfindən “Sahibkarlıq şəraitində müəssisələrin fəaliyyəti və KOB-ların inkişafı” mövzusunda təqdim olunub.

Görüş zamanı tələbələrə AGTL-in fəaliyyəti, KOB Gömrük Postunun xidmətləri və KOB Evlərinin imkanları barədə məlumat verilib. Tədbir çərçivəsində iştirakçılar KOB Gömrük Postu və KOB Gömrük Anbarı ilə də praktiki şəkildə tanış olublar.

Görüşdə DGKA və AGTL arasında 2023-cü ildən etibarən imzalanmış memorandum əsasında bu tip görüşlərin tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə və kadr potensialının inkişafına töhfə verəcəyi vurğulanıb.

Sonda görüş iştirakçılarına və Akademiyanın kitabxanasına “BirgəKod – Azərbaycan Biznes Mədəniyyəti” adlı kitablar hədiyyə olunub.

Nəsimi

Xəbər lenti