Sosial 27-01-2026, 07:29

Azərbaycan və Türkmənistan gömrükçüləri üçün təlim keçirilir

Azərbaycan və Türkmənistan gömrükçüləri üçün təlim keçirilir
Yanvarın 26-da Ümumdünya Gömrük Təşkilatının Mərkəzi Asiya və Qafqaz regionlarında Təhlükəsizlik Layihəsi (CCASP) çərçivəsində “Yüngül və atıcı silahlar (SALW), pilotsuz uçuş aparatlarının (PUA) qeyri-qanuni sərhədkeçməsinin qarşısının alınması” mövzusunda təlim öz işinə başlayıb.

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində reallaşan təlimdə Azərbaycan və Türkmənistan gömrük xidmətlərinin nümayəndələri iştirak edirlər.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktoru Antonio Lo Parco yüngül və atıcı silahlar, eləcə də pilotsuz uçuş aparatlarının qeyri-qanuni sərhədkeçməsinin qarşısının alınmasının gömrük orqanları üçün aktual və strateji əhəmiyyət daşıyan məsələlərdən biri olduğunu vurğulayıblar.

Həmçinin təlimin gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması, qabaqcıl təcrübələrin və bu sahədə əməkdaşlığın gücləndirilməsi baxımından da faydalı olduğu diqqətə çatdırılıb.

Təlim çərçivəsində ÜGT-nin ekspertləri Adam Vas və Vesna Vracar tərəfindən təqdimatlar əsasında yüngül və atıcı silahların unikal xüsusiyyətləri və yaratdığı təhlükələr, sənədləşdirilmə, lisenziyalaşdırılma ilə bağlı məsələlər, PUA texnologiyası və radioelektron mübarizə, beynəlxalq qanunvericilik və digər mövzularda məlumatlar veriləcək.

Təlim yanvarın 29-dək davam edəcək.

Nəsimi

Xəbər lenti