Sosial 27-01-2026, 11:00

Fast food və enerji içkilərindən imtina edin:Baş nazir



Qazaxıstanın baş naziri Oljas Bektanov ictimaiyyəti fast food və enerji içkilərindən ictimaiyyətin imtina etməsinə çağırıb.

Planetinfo.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu gün keçirilən hökumət iclasında "Qazaxıstan uşaqları" konsepsiyası müzakirə olunub. Qanun çərçivəsində uşaqların sağlamlığının qorunması tədbirlərinə xüsusi üstünlük verilir.

Qanuna münasibətini bildirən baş nazir fast food və enerji içkiləri ilə bağlı fikirlərini bildirib.

"Uşaq qidası çox vacib məsələdir. Təəssüf ki, uşaqlarımızın və yeniyetmələrimizin çoxu fast food-a, daha sonra isə enerji içkilərinə üstünlük verirlər. Bəzən hətta buna aludə olurlar. Hamımız ölkə və cəmiyyət olaraq bu təhlükə ilə mübarizə aparmalıyıq. Bu, çox təhlükəli bir vəziyyətdir", - Bektenov deyib.

Bununla bağlı baş nazir Səhiyyə Nazirliyinə konkret təkliflər təqdim etməyi tapşırıb.

Anar

Xəbər lenti