Sosial 28-01-2026, 08:03

Milət vəkili seçiciləri ilə növbəti qəbulunu keçirib

Milət vəkili seçiciləri ilə növbəti qəbulunu keçirib
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Ucar rayonunun Lək kəndində deputatı olduğu Lək və Xələc kəndlərindən olan seçiciləri ilə növbəti qəbulunu keçirib.

Planetinfo.az xəbər verir ki, millət vəkili ilk növbədə il ərzində ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu dövlət siyasəti, əldə edilən nailiyyərlərdən danışıb, regionların inkişafı proqramları haqqında məlumat verib. Sonra hər iki kənddə görülən işlərdən söhbət açılıb, həllivacib məsələlər müzakirə edilib.

Qəbul iştirakçıları Lək kəndinində kəndarası yolların əsaslı təmiri, internet xəttinin gücləndirilməsi, əsaslı təmir məqsədilə plana salınan Lək kənd Mədəniyyət Evində təmir-bərpa işlərinin ləngiməsi, Lək və Xələc kəndlərində elektrik xətlərinin, elektrik dirəklərinin və bəzi transformatorların yenilənməsi, hər iki kəndin əkinə yararlı torpaqlarının suvarılması, kollektorların təmizlənməsi, məşğulluq və s. ilə bağlı olaraq yaranan çətinliklərı bildiriblər.

Qaldırılan məsələlərin bir qismi haqqında, qəbulun gedişatı sırasında əlaqədar yerli icra orqanları ilə əlaqə saxlanılıb, mövcud vəziyyət diqqətə çatdırılıb. Bəzi məsələlər yerindəcə həllini tapıb. Bildirilib ki ümumrespublika əhəmiyyətli məsələlələ bağlı Milli Məclisə yazılı ərizə daxil olduqdan sonra, həmin məsələlərin araşdırılması və həlli üçün mərkəzi icra orqanlarına müraciət ediləcək.

Nəsimi

Xəbər lenti