31 yanvar 2026-cı il tarixində Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və Crossmedia.az analitik- informasiya portalının dəstəyi ilə Özbəkistan universitetlərinin II Təhsil Sərgisi keçiriləcək.
Tədbirdə Özbəkistanın 15-dən artıq özəl və dövlət universitetinin və ümumilikdə 50-ə yaxın rəsmi nümayəndənin iştirakı gözlənilir.
Sərgidə iştirak ödənişsizdir. Özbəkistan təhsil sistemi ilə maraqlananlar tədbirdə iştirak edə bilərlər.
Qeyd edək ki, Bakıda Özbəkistan universitetlərinin I Təhsil Sərgisi ötən il təşkil olunmuş və maraqla qarşılanmışdı.
Tədbirdə iştirak etmək üçün
linkdən qeydiyyatdan keçməyiniz tövsiyə olunur.